...

SOCAR dəniz yatağında yeni quyu istismara verib

Energetika Materials 2 Oktyabr 2015 18:16 (UTC +04:00)
“Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən 37 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR dəniz yatağında yeni quyu istismara verib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

"Günəşli" yatağındakı 19 nömrəli dərin dəniz özülündən 37 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2976-2941 metr intervaldan sutkalıq 100 ton neft və 19 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti