Bakı. Trend:
"Çilov" yatağındakı 112 saylı özüldən 115 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-4 Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.
Quyuda istismar işləri "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.