...

"Neft Daşları"nda yeni quyu istismara verildi

Energetika Materials 21 Dekabr 2015 18:09 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli dərin dəniz özülündən 2598 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları"nda yeni quyu istismara verildi

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 2585 nömrəli dərin dəniz özülündən 2598 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2317-2308 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti