...

Federika Moqerini: "Cənub Qaz Dəhlizi" Aİ-nin enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Fevral 2016 20:02 (UTC +04:00)
Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir.
Federika Moqerini: "Cənub Qaz Dəhlizi" Aİ-nin enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir (ƏLAVƏ OLUNUB)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir. Trend-in məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Bakıda brifinqdə deyib.

F.Moqerini bildirib: "Layihə marşrutlarımızın gələcək şaxələndirilməsini təmin edir və regionumuzda xeyli sayda tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələri dərinləşdirməyə kömək edir".

O, xüsusilə Bakıda bu gün keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasının əhəmiyyətini vurğulayıb və bunun layihənin reallaşdırılmasına yardım edəcəyini deyib.

Xanım F.Moqerini əlavə edib ki, Bakıdakı danışıqlarda Azərbaycan iqtisadiyyatının dünya bazarında neftin aşağı qiymətləri fonunda yeni reallıqlara uyğunluğu məsələləri də müzakirə olunub.

O, diqqətə çatdırıb ki, Azərbaycan Aİ-nin regionda vacib strateji tərəfdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti