...

BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 6 May 2016 16:35 (UTC +04:00)
2016-cı ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 502 255 ton Azərbaycan nefti nəql olunub.
BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

Bakı. Maksim Tsurkov - Trend:

2016-cı ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 502 255 ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 815 567 ton (ötən ilin analoji dövründə 9,56 milyon t) neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il may ayının 1-nə qədər BTC-yə 302 490 956 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin aprel ayında BTC kəməri ilə 350 862 ton Türkmənistan nefti nəql olunub.

2016-cı ilin aprel ayı ərzində 2 251 475 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 128 973 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 088 919 ton (ötən ilin analoji dövründə 9,24 milyon t) təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il may ayının 1-nə qədər Ceyhan limanından 301 282 269 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti