...

"Neft Daşları"nda yeni quyu qazılır

Energetika Materials 10 May 2016 18:05 (UTC +04:00)
“Neft Daşları” yatağında yeni quyu qazılır.
"Neft Daşları"nda yeni quyu qazılır

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 418A saylı estakadayanı meydançadan 2609 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1200 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti