...

SOCAR: Azərbaycan TANAP-la bağlı əlavə maliyyənin cəlbi üçün danışıqlar aparır (YENİLƏNİB)

Energetika Materials 5 Sentyabr 2016 10:35 (UTC +04:00)
Transanadolu qaz kəməri layihəsi (TANAP) çərçivəsində işlər plana uyğun gedir.
SOCAR: Azərbaycan TANAP-la bağlı əlavə maliyyənin cəlbi üçün danışıqlar aparır  (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Transanadolu qaz kəməri layihəsi (TANAP) çərçivəsində işlər plana uyğun gedir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ilə bağlı heç bir problem yoxdur: "Biz qismən qrafiki də qabaqlamışıq və artıq 850 km borular qaynaq edilib".

R.Abdullayev əlavə edib ki, layihənin maliyyələşdirilməsi ilə bağlı da problem yoxdur və hökumət əlavə resursların cəlb edilməsi üzrə danışıqlar aparılır.

Qeyd edək ki, TANAP-ın cari dəyəri 9,3 milyard dollardır. TANAP Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti