...

Sabah bir neçə yaşayış məntəqəsində qaz olmayacaq

Energetika Materials 17 Noyabr 2016 18:09 (UTC +04:00)
“Qaz İxrac” İdarəsinin Siyəzən və Astara magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
Sabah bir neçə yaşayış məntəqəsində qaz olmayacaq

Bakı. Trend:

Sabah saat 10:00-dan 16:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba”, saat 14:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Astara rayonunun Şahağacı, Kakalos və Tənqərud kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Quba rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti