...

“Qaradağ” yatağında yeni quyular qazılır

Energetika Materials 18 Aprel 2017 12:17 (UTC +04:00)

Bakı. Trend:

Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə “Qaradağ” yatağında 493 və 495 nömrəli istismar-basqı quyularında qazma işləri davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan 493 nömrəli quyunun layihə dərinliyi 3200 metr, Qirməki Altı Lay Dəstəsinə qazılan 495 nömrəli quyunun isə layihə dərinliyi 3600 metrdir.

Quyular yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə qazılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti