...

Dövlət Departamenti: ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu dəstəkləyir

Energetika Materials 31 May 2017 19:23 (UTC +04:00)
ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu dəstəkləyir.
Dövlət Departamenti: ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu dəstəkləyir

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Robin Danniqan Bakıda deyib.

Dövlət Departamentinin rəsmisi bildirib: "Bu gün mənim üçün XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının açılışnda iştirak etmək, eləcə də ABŞ Prezidentinin məktubunu oxumaq böyük şərəfdir".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi təkcə Azərbaycan iqtisadiyyatına töhfə verməyəcək, eyni zamanda dünya enerji təhlükəsizliyində vacib rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti