...

SOCAR Ukraynada təbii qaz ticarəti üçün lisenziya alıb

Energetika Materials 29 İyun 2017 13:39 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Ukraynanın energetika və kommunal xidmətlər üzrə milli komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Ukraina” Ticarət evi” MMC-yə və Ukraynanın “Qaztron-Ukraina” MMC-yə bu ölkə ərazisində təbii qaz tədarükü üzrə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya verib.

Trend-in məlumatına görə, bu qərar iyun ayının 29-u qəbul edilib.

Qeyd edək ki, SOCAR Ukraynada “SOCAR Energy Ukraine” şirkəti ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti