...

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişib

Energetika Materials 18 Dekabr 2017 23:04 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 15-də 65,91 dollar/barel təşkil edib
Azərbaycan neftinin SON QİYMƏTİ dəyişib

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,91 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,25 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,8 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 63,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti