Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BMT-nin İnkişaf Proqramı ətraf mühitin mühafizəsi sahəsində niyyət protokolu imzalayıblar.
Trend-in məlumatına görə, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Qulam İsakzai imzalayıb.
Protokol SOCAR və BMT arasında 2015-ci ildən icra olunan və karbon tullantılarının azaldılması məsələsini əhatə edən NAMA proqramı çərçivəsində ekologiya sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə imzalanıb.