...

TAP-ın dəniz hissəsinin tikintisinin VAXTI açıqlanıb

Energetika Materials 30 May 2018 17:26 (UTC +04:00)
TAP-ın dəniz hissəsinin tikintisinin vaxtı açıqlanıb.
TAP-ın dəniz hissəsinin tikintisinin VAXTI açıqlanıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan Transadriatik qaz kəmərinin (TAP) dəniz hissəsinin tikintisi 2019-cu ildə başlayacaq.

Trend-in məlumatına görə, bunu TAP-ın prezidenti Valter Pirayer Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" konfransında deyib.

O bildirib ki, Transadriatik qaz kəmərinin hazırlanması üzrə işlərin 72,7 faizi görülüb:

"Boruların 90 faizdən çoxu qaynaq edilib, 78 faizi əraziyə gətirilib. Qaz kəmərinin dəniz hissəsinə gəlincə, tikinti işləri 2019-cu ildə başlayacaq. Uzunluğu 105 km olan bu sahə dənizin 820 metr dərinliyində olacaq".

TAP prezidenti qeyd edib ki, "Saipem" şirkəti İtaliyanın cənubunda və Albaniyada mikrotunellərin tikintisinə hazırlıq işləri aparır.

V.Pirayer əlavə edib ki, TAP Yunanıstan, Albaniya və İtaliyaya sosial layihələr çərçivəsində 55 milyon avro investisiya yatırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti