...

Bu il 277 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 9 İyul 2018 11:02 (UTC +04:00)
Bu il 277 çoxmərtəbəli binaya təbii qaz verilib.
Bu il 277 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qurumdan Trend-ə verilən məlumata görə, İB 2018-ci ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 277 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 14 880 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti