...

TAP kəmərinin Albaniya hissəsi 90 faiz hazırdır (ÖZƏL)

Energetika Materials 19 Mart 2019 13:48 (UTC +04:00)
TAP kəmərinin Albaniya hissəsi 90 faiz hazırdır.
TAP kəmərinin Albaniya hissəsi 90 faiz hazırdır (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Albaniya ərazisinə düşən hissəsində tikinti işlərinin 90 faizdən çoxu başa çatıb.

Bunu Trend-ə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyindən bildiriblər.

TAP-ın ölkədə həyata keçirilməsində ümumi irəliləyişin proqnoza uyğun gəldiyini açıqlayan nazirlikdən məlumat verilib ki, 2016-cı ilin sentyabrından boru kəmərinin yerüstü hissəsində tikinti mərhələsi başlayandan 2018-ci ilin sonuna qədər Albaniya hissəsində tikinti işlərinin 90 faizindən çoxu yekunlaşıb.

Albaniya Enerji Tənzimləmə Təşkilatının 2019-cu ildə TAP AG konsorsiumunun qaz nəqli operatoru qismində lisenziyalaşdırılması üçün icazə verəcəyi gözlənilir.

Qeyd edək ki, Transadriatik qaz kəmərinin tikintisinin 2019-cu il ərzində başa çatdırılması gözlənilir.

Xatırladaq ki, 4,5 milyard avro dəyəri olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti