...

TAP layihəsində işlərin 87%-dən çoxu görülüb

Energetika Materials 17 May 2019 16:57 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikinti işlərinin 87 faizdən çoxu başa çatıb.
TAP layihəsində işlərin 87%-dən çoxu görülüb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikinti işlərinin 87 faizdən çoxu başa çatıb.

Trend-in məlumatına görə, Yunanıstan, Albaniya və İtaliyada boruların 98 faizi çəkilib.

Qeyd edək ki, 4,5 milyard avro dəyəri olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir.

2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti