...

Azərbaycan nefti bahalaşır

Energetika Materials 9 İyul 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,55 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,07 dollar/barel olub, bu da əvvəlki göstəricidən 3,1 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti