...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 10 İyul 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,78 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,29 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti