...

2019-cu ilin birinci yarısında AÇG-dən 13 milyon ton neft hasil olunub

Energetika Materials 1 Avqust 2019 15:14 (UTC +04:00)
2019-cu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli"də (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
2019-cu ilin birinci yarısında AÇG-dən 13 milyon ton neft hasil olunub

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli"də (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

BP-nin Bakı ofisindən Trend-ə verilən məlumata görə, birincü yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (42 000), Mərkəzi Azəri (131 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub.

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci yarım ildə AÇG-də 7 neft hasilat quyusu qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti