...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 29 Avqust 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 28-də 63,56 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 28-də 63,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,46 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,1 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti