...

OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər

Energetika Materials 29 Noyabr 2020 23:01 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 29-u OPEK+ monitorinq komitəsinin nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələr konsensus əldə olunmadan başa çatıb.

Trend-in məlumatına görə, bu barədə "TASS"a təşkilatdakı mənbə bildirib.

Onun sözlərinə görə, tərəflər 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilməyiblər:

"Görüş başa çatdı. Məsləhətləşmələri və danışıqları davam etdirməliyik".

"Bloomberg" agentliyi öz növbəsində bildirir ki, komitə üzvlərindən bir neçəsi məhdudiyyətlərin yumşaldılmasının 2021-ci ilin yanvarından daha gec bir tarixə təxirə salınması ilə razılaşmırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti