...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 2 Mart 2021 11:17 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 1-də 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,63 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti