...

Azərbaycanın azad edilmiş bütün rayonlarında yeni yarımstansiyalar tikilir - "Azərenerji"

Energetika Materials 16 İyun 2021 17:11 (UTC +04:00)
Azərbaycanın azad edilmiş bütün rayonlarında yeni yarımstansiyalar tikilir - "Azərenerji"

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycanın azad edilmiş bütün rayonlarında yeni yarımstansiyalar tikilir. Hazırda Ağdamda 110 kilovolt gərginlikdə "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları tikilir.

Bunu Trend-ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdirir Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında işlər başa çatıb: "Azərbaycanın azad edilmiş bütün rayonlarında 100 kilovolt gərginlikdə yeni yarımstansiyalar tikilir".

O vurğulayıb ki, artıq "Şuşa" yarımstansiyası istismara verilib, 110/35/10 kilovolt gərginlikli "Füzuli" yarımstansiyası isə üç ay ərzində tikiləcək: "Hazırda Kəlbəcərdə 110 kilovolt gərginliyində yeni yarımstansiya və elektrikötürücü xətləri tikilir. Analoji xətlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da tikilməkdədir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti