...

Bu il Qubadlı, Zəngilan və Ağdamda 4 yarımstansiyanın yenidənqurulması başa çatdırılacaq - Energetika naziri

Energetika Materials 20 Oktyabr 2021 11:00 (UTC +04:00)
Bu il Qubadlı, Zəngilan və Ağdamda 4 yarımstansiyanın yenidənqurulması başa çatdırılacaq - Energetika naziri

Bakı. Trend:

110/35/10 kV-luq "Qubadlı", "Zəngilan" “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaq.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı məqaləsində deyib.

Nazir qeyd edib ki, 110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir:

"Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. 110/35/10 kV-luq "Qubadlı", "Zəngilan" “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaqdır, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti