Bakı. Trend:
bp şirkəti fəaliyyəti müddətində Azərbaycan iqtisadiyyatına 84 milyard dollar investisiya qoyub.
Trend-in məlumatına görə, bunu bp-nin əməliyyatlar və hasilat üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, bp Azərbaycanı neft-qaz layihələrinin inkişafında dəstəkləyəcək.
"Bu il biz Azərbaycan iqtisadiyyatına investisiya qoymağın və əməkdaşlığımızın 30 illiyini qeyd edirik. Bu cür uzun müddət ölkə iqtisadiyyatının sabitliyinin göstəricisidir. Biz Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" kimi layihələrə investisiyalar qoymuşuq", - deyə o bildirib.
Q.Birrel vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına investisiyaların sabitliyini təmin edən amil enerji infrastrukturunun inkişafı, neft-qaz ehtiyatları hasilatının daimi xarakter daşıması, eləcə də "yaşıl" enerjiyə keçid üzrə genişmiqyaslı layihələrin olmasıdır.
"Biz 2030-cu ilədək enerji sahəsinə investisiyaları 50 faizədək azaldıb, "yaşıl" texnologiyalar sahəsinə artırmağı planlaşdırırıq", - o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)