...

Oktyabrda Azərbaycanın gündəlik xam neft hasilatı 547,2 min barrel olub

Energetika Materials 17 Noyabr 2022 12:50 (UTC +04:00)
Oktyabrda Azərbaycanın gündəlik xam neft hasilatı 547,2 min barrel olub

Bakı. Trend:

2022-ci ilin oktyabr ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barrel olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, hasil olunan neftin 547,2 min barrelini xam neft, 116,6 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti