Bakı. Trend:
Trans-Adriatik boru kəmərinin (TAP) qısamüddətli bazara təklif olunan gücü maksimum artırılıb.
Trend çərşənbə günü xəbər verir ki, bunu TAP-ın Yunanıstandakı rəsmi nümayəndəsi İoannis Maris Afinada Cənub-Şəri Avropa ölkələri 1-ci enerji dialoqu zamanı deyib.
"Hazırda TAP-ın uzunmüddətli buraxılış gücünü artırılması üçün bazar sınaqları aparılır", - deyə o bildirib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP vasitəsilə Avropaya qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Bu marşrutla illik 10 milyard kubmetr qaz nəql olunur.