...

İtaliya Cənub Qaz Dəhlizinin genişlənməsini tam dəstəkləyir

Energetika Materials 8 Fevral 2023 14:42 (UTC +04:00)
İtaliya Cənub Qaz Dəhlizinin genişlənməsini tam dəstəkləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Cənub Qaz Dəhlizinin genişlənməsini tam dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Trans-Adriatik Boru Kəmərinin (TAP) icraçı direktoru Luka Skyepatti "Qaz, infrastruktur və enerji təhlükəsizliyi" seminarında deyib.

"İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratinin də dediyi kimi, İtaliyanın strategiyası Cənub Qaz Dəhlizi ilə nəql edilən qaz həcminin artırılmasına tam siyasi dəstəyi əks etdirir", - Skyepatti deyib.

O, istismara verildikdən sonra TAP vasitəsilə 20 milyard kubmetrdən çox qaz nəql olunduğunu və bununla İtaliya və digər Avropa ölkələrinə tədarükün təhlükəsizliyinin təmin olunduğunu xatırladıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti