...

OPEK 2023-cü ildə Azərbaycanda maye karbohidrogen istehsalının artımının təkanverici qüvvələrini açıqlayıb

Energetika Materials 17 Fevral 2023 12:04 (UTC +04:00)
OPEK 2023-cü ildə Azərbaycanda maye karbohidrogen istehsalının artımının təkanverici qüvvələrini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanda maye karbohidrogen istehsalı proqnozlara görə gündəlik 60 min barel artmaqla orta hesabla gündəlik 0,8 milyon barelə çatıb.

Trend bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) fevral hesabatına istinadən xəbər verir.

OPEK proqnozlaşdırılan artımın "Şahdəniz" və "Abşeron" yataqları hesabına baş verəcəyini hesab edir.

"2023-cü ildə "Mərkəzi Şərqi Azəri" platformasının işə salınması ilə hasilat daha da arta bilər", - hesabatda deyilir.

Kartelin qiymətləndirmələrinə görə, 2022-ci ilin dekabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı aylıq hesabatda dəyişməz olaraq qalaraq orta hesabla gündəlik 0,7 milyon barel təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə gündəlik 8 min barel azdır.

"Rəsmi mənbələrə əsasən xam neft hasilatı gündəlik orta hesabla 550 min barel təşkil edib. Qiymətləndirmələrə əsasən, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen istehsalı ötən illə müqayisədə gündəlik 42 min barel azalaraq orta hesabla gündəlik 0,7 milyon barel təşkil edib. Köhnə yataqlardfakı əsaslı azalma digər yataqlarda, məsələn bp-nin rəhbərliyi altında konsorsiumun "Şahdəniz" qaz-kondensat yatağında hasilatın artırılması hesabına kompensasiya olunacaq", - hesabatda deyilir.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının ixracı təqribən 26,024 milyon ton olmaqla, dəyəri təqribən 19,484 milyard dollar təşkil edib.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti