...

SOCAR-ın prezidenti “PKN Orlen” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb (FOTO)

Energetika Materials 19 İyun 2023 21:30 (UTC +04:00)

Bakı. Trend:

19 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Polşanın “PKN Orlen” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Daniel Obajtek ilə görüşüb.

SOCAR-dan Trend-ə bildirilib ki, görüşdə SOCAR ilə “PKN Orlen” şirkəti arasında uzunmüddətli tərəfdaşlıqdan məmnunluq ifadə edilib, xam neftin ticarəti sahəsində əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində xam neft, neft məhsulları, maye neft qazı (LPG) təchizatı, habelə bərpa olunan enerji, rəqəmsallaşma və innovasiya sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti