...

Rumıniyanın ən böyük qaz istehsalçısı Azərbaycandan əlavə qaz həcmlərində maraqlıdır

Energetika Materials 23 İyun 2023 09:45 (UTC +04:00)
Rumıniyanın ən böyük qaz istehsalçısı Azərbaycandan əlavə qaz həcmlərində maraqlıdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın "ROMGAZ" şirkəti "Həmrəylik Halqası"nın imkanlarının bron edilməsində maraqlıdır.

Bu barədə cümə günü Trend-ə şirkətdən bildiriblər.

"Biz "Həmrəylik Halqası" layihəsini müsbət qarşılayırıq və onun icrasından sonra çox güman ki, bu yeni infrastrukturda ötürücülük gücünün bron edilməsində maraqlı olacağıq", - deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, "ROMGAZ" Rumıniyanın ən böyük qaz istehsalçısı olmaqla qaz bazarında ən mühüm tədarükçülərdən biridir.

"Şirkət böyük müştəri portfelinə malikdir və hazırda özünün qaz istehsalı hesabına onların ehtiyacını demək olar ki, tam qarşılayır. Şirkət qaz nəqli, qaz nəqli infrastrukturunun istismarı və inkişafı ilə məşğul olmur. Qaz sahəsində fəaliyyət bölgüsü üzrə qaydaların olduğu Avropada bu, qanunvericiliklə qadağandır. (Rumıniyada qaz nəqli infrastrukturunun operatoru "Həmrəylik Halqası" layihəsi ilə əlaqədar Anlaşma Memorandumunu imzalamış "Transgaz" şirkətidir)", - deyə şirkətdən açıqlayıblar.

Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti