...

Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən 3 ölkədən biridir

Energetika Materials 29 Dekabr 2023 15:58 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2023-cü ilin oktyabr ayında Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin analoji dövrü ilə müqayisədə 5,53 faiz azaldaraq, 760,97 milyon kubmetrdən 718,91 milyon kubmetrə salıb.

Trend bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə təbii qaz ixracının həcminə görə ikinci yer tutub.

Bu ilin oktyabr ayında Türkiyəyə ən böyük qaz ixracçısı təqribən 1,986 milyard kubmetrlə Rusiya olub. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Üçüncü yerdə 448,98 milyon kubmetr göstərici ilə Əlcəzair dayanıb. Bu göstərici 2022-ci ilin oktyabr (347,60 milyon kubmetr) ilə müqayisədə 29,17 faiz çoxdur.

Türkiyə qeyd olunan dövrdə bütünlükdə qaz idxalını 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 3,71 faiz artıraraq 3,238 milyard kubmetrdən 3,358 milyard kubmetrə çatdırıb ki, bunun da 2,833 milyard kubmetrini boru kəmərləri ilə tədarüklər, 525,09 milyon kubmetrini isə maye təbii qaz (MTQ) tədarükü təşkil edib.

2022-ci ilin oktyabr ayı ilə müqayisədə Türkiyənin boru kəmərləri ilə qaz idxalı 18,98 faiz artıb, MTQ idxalı isə 38,74 faiz azalıb.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti