...

AÇG-dən Azərbaycana ötürülən qazın həcmi artıb

Energetika Materials 7 Avqust 2025 13:33 (UTC +04:00)
AÇG-dən Azərbaycana ötürülən qazın həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk altı ayında Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan Azərbaycana gündəlik orta hesabla təxminən 8 milyon kubmetr müşayiətedici qaz təhvil verilib. Bu, ümumilikdə 1.5 milyard kubmetr qaz deməkdir.

Bu barədə Trend bp-yə istinadla xəbər verir.

Qaz, əsasən, Səngəçal terminalı vasitəsilə, eləcə də, SOCAR-ın Neft Daşları obyektinə ötürülüb. İstehsal olunan müşayiətedici qazın qalan hissəsi isə lay təzyiqinin saxlanılması məqsədilə təkrar yeraltına vurulub.

2024-cü ilin eyni dövründə isə gündəlik orta 6.4 milyon kubmetr müşayiətedici qaz təhvil verilmişdi. Beləliklə, AÇG-nin Azərbaycana ötürdüyü müşayiətedici qazın həcmi illik müqayisədə 25 faiz artıb.

Xatırladaq ki, AÇG-nin 2025-ci ilin ilk yarısında ümumi gündəlik neft hasilatı 327,000 barrel təşkil edib (ümumilikdə 59 milyon barrel və ya 8 milyon ton). Hasilat aşağıdakı platformalardan həyata keçirilib:

Çıraq – 21,000 b/g
Mərkəzi Azəri – 86,000 b/g
Qərbi Azəri – 75,000 b/g
Şərqi Azəri – 42,000 b/g
Dərin Sulu Günəşli – 54,000 b/g
Qərbi Çıraq – 24,000 b/g
ACE (Azəri Mərkəzi Şərq) – 25,000 b/g

"BP Exploration (Caspian Sea) Limited" AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən Podratçı Tərəflər adından operator funksiyasını yerinə yetirir.

AÇG-də iştirak payları:

bp – 30.37%
SOCAR – 31.65%
MOL – 9.57%
INPEX – 9.31%
ExxonMobil – 6.79%
TPAO – 5.73%
ITOCHU – 3.65%
ONGC Videsh – 2.92%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti