Cari ilin yanvar-avqust aylarında Naxçıvan MR-in enerji stisteminə saatda 757,655 mln kVt-dan artıq elektrik enerjisi daxil olub. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətindən xəbər verilib.
NMR-in elektrik enerjisi ilə əsas təchizat mənbəyi onun qonşu ölkələrdən idxalıdır. Azərenerji SC-nin Mərkəzi Dispetçer İdarəsinin məlumatlarına əsasən, göstərilən dövr ərzində İrandan Naxçıvana saatda 411,594 mln kVt, Türkiyədən isə saatda 270,228 mln kVt enerji tədarük olunub.
Hazırda NMR-də göstərilən dövr ərzində saatda 74,047 mln kVt elektrik enerjisi istehsal edən "Araz" SES fəaliyyət göstərir.
Avqustda NMR saatda 77,566 kVt-dan artıq elektrik enerjisi alıb. Həmin ay İrandan Naxçıvana saatda 43,955 mln kVt, Türkiyədən isə saatda 29,259 mln kVt enerji tədarük olunub. Avqustda "Araz" SES saatda 4,352 mln kVt elektrik enerjisi istehsal edib.