Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri"-"Çıraqlı"-"Günəşli" müqavilə sahəsinə aid olan "Azəri" yatağının şərq hissəsində 6-cı öncə qazma quyunu qazmağa başlayıb Bu barədə Trend ə ABƏŞ-dən məlumat veriblər. Quyunun layihə dərinliyi 4000 metrdən artıqdır. "Qazma işlərinin iki həftədən sonra başa çatdırmaq nəzərdə tutulub", -deyə ABƏŞ-dən bildiriblər.
Qazmanı Azərbaycan Amerika Birgə Müəssisəsi olan CDC "Dədə Qorqud" qazma qurğusu vasitəsilə həyata keçirir.Əvvəllər öncə yazma qurğusunun proqramı Şərqi Azəridə altı quyunun olacağını ehtimal edirdi, sonralar konsorsium əlavə iki quyunun qazılması barədə qərar qəbul edib.
Öncəqazmanın proqramı yataqda dəniz stasionar platformanın tikintisindən sonra neft hasilatı prosesini sürətləndirmək məqsədilə həyata keçirilir.
"Azəri " yatağının qərb və şərq hissələrinin mənimsənilməsi AÇG blokunun tam miqyasda işlənməsi üzrə "Faza-2" layihəsi çərçivəsində həyata keçirilir. "Faza-2" hər birində 48 quyunun qazılacağı iki platformanın tikintisini nəzərdə tutur.
"Faza-2" çərçivəsində ilk neftin alınması 2006-cı ilin ortaları üçün nəzərdə tutulub. İki platformadan ildə 20 milyn. tondan artıq neft hasil olunacaq. Bu fazanın reallaşdırılacağı bütün müddət ərzində 210 milyn. ton neft hasil edilməsi nəzərdə tutulub.