Sentyabrın 26-dan 30-na kimi Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) növbəti 49-cu baş konfransı keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Milli Elmlər Akademiyasından (MEA) məlumat veriblib.
Konfransda müzakirə olunacaq əsas məsələ Agentliyin 2004-cü il ərzində işi barədə hesabatın müzakirəsi olacaq. MAQATE-nin illik hesabatında Agentliyin hesabat dövründə fəaliyyət göstərdiyi əsas üç istiqamətdə (texnologiya, təhlükəsizlik və yoxlamalar) proqramların yerinə yetirilməsinin nəticələri nəzərdən keçirilir. Hesabatın əsas hissəsi isə 2004-cü ildə tətbiq olunan proqramların ümumi strukturunu işıqlandırmaqdan ibarətdir.
Azərbaycanı bu tədbirdə MEA-nın prezidenti Mahmud Kərimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.