...

Türkiyə jandarmeriyasının 57 məntəqəsi BTC neft kəmərini mühafizə edəcək

Energetika Materials 12 İyul 2006 13:24 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Türkiyəyə aid hissəsini iki əsgər birqadası mühafizə edəcək. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, boru kəmərinin hər hansı risklərdən, o cümlədən fiziki zədələnmə, hərbi və bioloji təsirdən, həmçinin ətraf mühitin amillərindən mühafizəsi üzrə böyük işlər görülüb.

Xəbər verilib ki, Türkiyə və ABŞ mütəxəssisləri 2003-cü ildən Azərbaycan və Gürcüstan hərbi qulluqçularına fəal surətdə təlimatlar veriblər. BTC-ni Gürcüstan, Türkiyə və Azərbaycanda qoruyacaq hərbi qulluqçuların ümumi sayı 3 min nəfəri keçəcək.

Bununla yanaşı, BOTAS şirkəti neft kəmərinin Türkiyəyə aid hissəsini mümkün təbii kataklizmlərindən sığortalayıb. Ehtimal olunan ssenarilərə əsasən, ən pis halda borudan 50 min barel neft axıb gedə bilər. Neft itkisinin qarşısını almaq üçün Heydər Əliyev adına terminalın özündə bir neçə kater alınıb.

Ümumilikdə, boru kəmərinin müzafizəsi jandarmeriyanın 57 məntəqəsinə həvalə olunub (1500-dən çox şəxs).

Həmçinin xəbər verilib ki, neft kəmərinin Türkiyəyə aid hissəsi boyunca yerləşdirilmiş jandarmeriyanın 300 nəfərlik 13 məntəqəsi üçün bütün avadanlıq və təchizat təmənnasız olaraq Türkiyəyə verilib.

Türkiyənin xüsusi təyinatlı dəstəsi ayda iki dəfə boru marşrutunun perimetri üzrə neft kəmərinin mühafizəsini həyata keçirəcək. Xüsusi təyyarədən hər 15 gündən bir BTC-nin şəkilləri çəkiləcək. Amerika təcrübəsinə əsaslanaraq, neft kəmərinin mühafizəsi üzrə atlı qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti