...

Mahaçqala terminalı neft yüklərinin daşınmasını artırıb

Energetika Materials 19 İyul 2006 17:19 (UTC +04:00)

Mahaçqala terminalı vasitəsilə neft və neft məhsullarının tranziti iyunda 450 min ton təşkil edib (mayda - 295,6 min ton). Bu barədə Trend ə neft daşınmaları bazarındakı mənbələrdən xəbər veriblər.

Əsas tranzit yükü neftdir. Bu məhsul tankerlərlə Qazaxıstan və Türkmənistandan gətirilir. Qazaxıstan tədarükçüləri iyunda terminal vasitəsilə 287 min ton neft daşıyıb.

Birinci yarım ildə Mahaçkala terminalı təxminən 2 mln. ton neft və neft məhsulu göndərib (ötən ilin yanvar-iyun aylarında - 1,998 mln ton).

Ötən il terminal vasitəsilə 4,02 mln. ton göndəririlib (2004-cü ildə - 3,96 mln. ton). Mahaçkala dəniz limanının 3 yanalma körpüsü 10 min tonluq tankerləri qəbul edə bilər. Terminalın layihə gücü ildə təxminən 8 mln tondur.

Xəbər lenti

Xəbər lenti