...

Azərbaycana verilən səmt qazının həcmi artırılacaq

Energetika Materials 21 İyul 2006 19:06 (UTC +04:00)

Bu il "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının işlənmə layihəsinin operatoru - BP Azerbaijan şirkəti Azərbaycana 2,1 mlrd. kubmetr səmt qazı verəcək. Bu barədə şirkətin prezidenti Devid Vudvord bəyan edib. Əvvəl Azərbaycana 1,4 mlrd. kubmetr qazın verilməsi planlaşdırılırdı.

Lakin, D.Vudvordun qeyd etdiyi kimi, bu qazın laya vurulmaması nəticəsində quyuların işinin optimallaşdırılması şərti ilə danışıqlar zamanı bu göstərici yenidən gözdən keçirilib.

"Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarından hasil edilən səmt qazının bir hissəsi 28 düymlü dəniz qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilir. Oradan isə terminalın qaz emalı qurğularını "Azəriqaz" şirkətini milli qaz şəbəkəsi ilə birləşdirən yeni ixrac qaz kəməri vasitəsilə yerli bazara daxil olur.

Hazırda iki quyudan istifadə etməklə, "Mərkəzi Azəri" yatağında qazın sıxılması və suyun vurulması üçün platformadan doldurulan qazın ümumi həcmi gündəlik 220 mln. standart kub fut təşkil edir. 2007-ci ilin ortasında qazın vurulması üçün digər üç quyunun qaz sistemi ilə birləşdirilməsi də başa çatdıqdan sonra, qazın laya vurulma səviyyəsi gündəlik 1 mlrd. standart kub fut maksimal həddə qədər artırılacaq.

2006-cı ilin birinci yarısında BP "Çıraq" yatağından ARDNŞ-in Neft Daşlarındakı qaz-kompressor stansiyası vasitəsilə Azərbaycana 488,5 mln. standart kub metr qaz verib. Bundan savayı, 2006-cı ilin birinci yarısında Səngəçal terminalından Azərbaycana təxminən 930 mln. standart kub metr qaz verilib.

Xəbər lenti

Xəbər lenti