...

Aleksandr Xetaquri: AB-nin Transxəzər layihəsi üzrə danışıqlar prosesində fəallığı nəzərə çarpır

Energetika Materials 26 İyul 2006 11:40 (UTC +04:00)

Gürcüstan tərəfi Transxəzər qaz kəmərinin uğurla həyata keçiriləcəyinə əmindir. Gürcüstanın energetika nazirinin müavini Aleksandr Xetaqurinin Trend ə verdiyi məlumata görə, son vaxtlar Avropa Birliyinin Transxəzər layihəsi üzrə danışıqlar prosesində fəallığı nəzərə çarpır.

Xetaquri qeyd edib ki, Xəzər regionunda mövcud uzlaşmamalar bu yolda yeni maneələr yaradır.

"Xəzər regionu ölkələrinin öz aralarında dənizin dibini bölə bilməməsi ilə əlaqədar bu gün regionda vəziyyət mürəkkəbdir və bu, Transxəzər layihəsinin gerçəkləşdirilməsi yolunda problemlər yaradır", - deyə nazir müavini qeyd edib.

"Düşünürəm ki, AB-nin səyləri əhəmiyyətli nəticə verə, Azərbaycan və Gürcüstana türkmən qazının öz əraziləri ilə Avropaya nəqlinə şərait yarada bilər", - deyə Xetaquri bildirib. O əlavə edib ki, bu planın həyata keçirilməsi Gürcüstanın enerji təhlükəsizliyinin zəmanəti olacaq.

Xəbər lenti

Xəbər lenti