Azərbaycan Dövlət Neft Şirkəti oktyabrda Novorossiysk limanından hər biri 80 min ton Ural nefti ilə yüklənmiş iki tanker partiyasının satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Tenderin qalibi Sun Oil treyderi olub. Birinci partiya oktyabrın 8-9-da, ikinci partiya isə oktyabrın 14-15-də göndəriləcək.
Sentyabrda ARDNŞ Novorossiyskdən 170 min ton Ural nefti satıb. 85 min ton neftin yükləndiyi partiya sentyabrın 24-25-də Reoc Ltd, 85 min ton neftdən ibarət ikinci partiya isə sentyabrın 29-30-da Iitol treyderlərinə göndəriləcək.
2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln ton neft göndərib. 2004-cü ildə bu rəqəm 2,559 mln ton təşkil edib.
2006-cı ilin əvvəlindən ARDNŞ-in neft partiyalarını Novorossiyskdən aşağıdakı şirkətlər alıb:
Yanvar - Glencore (85 min ton);
Fevral - Taurus Petroleum (140 min ton);
Fevral - Glencore (60 min ton);
May - Glencore (60 min ton);
İyun - Glencore (60 min ton);
İyul - Glencore (60 min ton);
Avqust - Glencore (131 min ton);
Avqust - Select Energy (78 min ton);
Sentyabr - Reoc Ltd. (85 min ton);
Sentyabr - Iitol (85 min ton);
Oktyabr - Sun Oil (160 min ton).