...

Azərbaycan İrandan qaz idxalına başlaya bilər

Energetika Materials 21 Oktyabr 2006 13:29 (UTC +04:00)

Azərbaycan 2007-ci ildə İrandan təbii qaz idxalına başlamaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə Azərbaycan höküməti baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib.

"Bu məsələ üzrə artıq danışıqlar aparılıb, lakin hələ tamamlanmayıb", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan qaz idxalı üzrə İranla danışıqları davam etdirmək niyyətindədir. "Azərbaycanın əldə edə biləcəyi qaz həcmləri haqqında danışmaq hələ tezdir", - deyə o bildirib.

Azərbaycan hazırda Rusiyadan 1 min kubmetri 110 ABŞ dolları qiymətinə qaz idxal edir. Bu il Azərbaycan "Qazprom"dan təxminən 4,5 mlrd. m3 qaz alacaq.

Xəbər lenti

Xəbər lenti