...

Qazaxıstanın energetika naziri: Odessa-Brodı-Plotsk boru kəmərinin işləməsi üçün böyük həcmdə neft lazımdır

Energetika Materials 30 Noyabr 2006 15:47 (UTC +04:00)

Qazaxıstan bu gün öz neftini əsas boru kəmərləri ilə nəql edir - bu, XBK və Atırau-Samara boru kəməridir. Hər iki boru kəməri Rusiya ərazisindən keçir və Qara dənizə çıxır. Odessa-Brodı-Plotsk boru kəmərinin işləməsi üçün böyük həcmdə neft lazımdır. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Qazaxıstanın energetika naziri Baktıkoja İzmuxambetov məlumat verib.

"Bu gün biz Rusiya Federasiyası və investorlarla XBK-nin genişləndirilməsi haqqında danışıqlar aparırıq və onları başa çatdırmaq niyyətindəyik. Razılıq əldə olunarsa, bizim bu gün nəql etdiyimiz 25 mln. ton əvəzinə bu həcmin ildə 67 mln. tona qədər artırılma imkanı olacaq. Bu halda Qazaxıstanın payı 50 mln. ton təşkil edəcək", - deyə nazir qeyd edib.

"Qara dəniz bölgəsində neft artığı yaranacaq. Bosforun yükləndiyini nəzərə alaraq, Qazaxıstan neftin Burqas -Aleksandropulos ilə nəqlində iştirak etmək fikrindədir və digər alternativ marşrutlarla da neft nəqlinə zərurət yaranacaq", - deyə B.İzmuxambetov bildirib.

Xəbər lenti

Xəbər lenti