...

"Azərenerji" SC SCADA layihəsi üzrə tenderi balayacaq

Energetika Materials 16 Yanvar 2007 19:32 (UTC +04:00)

"Azərenerji" Səhmdar Cəmiyyəti SCADA sisteminin yaradılması mərhələsinin ikinci turu layihəsi üzrə tender təkliflərinin seçiminə başlayacaq. Tenderdə dörd şirkət iştirak edir- Arena, GBB, Siemens, General Electric. Bu barədə Trend ə çərşənbə axşamı "Azərenerji" səzhmdar cəmiyyətinin vitse prezidenti Marlen Əsgərov xəbər verib. Tenderə ay ərzində yekun urulacaq.

Hazırda "Azərenerji" səhmdar cəmiyyətində SCADA isiteminin yaradılmasının birinci mərhələsi başa çatmaq üzrədir. Dekabrın sonunadək layihə tamamilə bitəcək. Bununla da köhnə dispetçer mərkəzi mütəxəssislərin tam təhsil almasınadək yenisi ilə birgə işləyəcək.

Bu layihənin ilk mərhələsi Almaniyanın KfW bankının 2,5 mln. avro vəsaitləri ilə həyata keçirilib. Layihənin ikinci mərhələsini gədlən il Dünya Bankının vəsaitləri hesabına həyata keçirmək nəzərdə tutulur.

Layihənin ikinci mərhələsinin ümumi dəyəri 55 mln. $ qiymətləndirilir ki, onun 47 mln. dolları DB tərəfindən, 8 mln. $-ı Azərbaycan tərəfdən veriləcək. O, Azərbaycanın bütün rayonlarında sistemin təhciz olunmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti