...

Schlumberger ilin yekunlarını və Azərbaycanda görülmüş işləri açıqlayıb

Energetika Materials 19 Yanvar 2007 18:44 (UTC +04:00)

Schlumberger Ltd. transmilli şirkəti 2006-cı ildə 19,23 mlrd. ABŞ dolları həcmində əməliyyat gəlirinin əldə edildiyini bildirib. 2005-ci ildə gəlir 14,31 mlrd. ABŞ dolları olub. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

2006-cı ilin dördüncü rübünün yekunlarına görə, Schlumberger Ltd. şirkətinin əməliyyat gəliri 5,35 mlrd. ABŞ dolları təşkil edib. 2006-cı ilin üçüncü rübündə bu- 4,95 mlrd. ABŞ dolları, 2005-ci ilin dördüncü rübündə - 4,02 mlrd. ABŞ dolları olub.

Schlumberger Ltd. şirkəti Azərbaycanda "Azəri"-"Çıraq"-"Günəşli" yatağının blokundakı quyuda quraşdırılmış və quraşdırılmadan ən çoxu 515 gündən sonra işə salınmış, tamamlanma üçün izolyasiyanın yaradılması üçün klapanın montajını həyata keçirib.

Alət yarımdalmış qazma qurğusundan istifadə etməklə, quyuda tamamlanma üzrə ilkin əməliyyatlar ərzində quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti