...

Dekabr ayında verilən elektrik enerjisinə görə vəsaitlərin yığım həcmində ən böyük göstərici Azərbaycanın Samux rayonunda qeydə alınıb

Energetika Materials 24 Yanvar 2007 11:54 (UTC +04:00)

2006-cı il dekabr ayının nəticələrinə görə, "Azərenerji" SC-nın idarə etdiyi şəbəkələr üzrə verilən elektrik enerjisinə görə vəsaitlərin yığım həcmində ən byöük göstərici Azərbaycanın Samux rayonunda qeydə alınıb. Bu göstərici 10852 abunəçi üçün 80,9% təşkil edib. Bu barədə Trend ə "Azərenerji"dən bildiriblər.

Daha az yığım isə respublikanın Salyan rayonunda müşahidə edilib. Bu göstərici 23477 abunəçi üçün 27% təşkil edib.

Ümumilikdə 45 rayon üzrə yığım 823 111 abunəçi üçün 48,8% təşkil edib. Keçən ilin nyoabrında orta yığım həcmi 56,22% təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti