...

Azərbaycan İnvestisiya Şirktəi yeni neft-kimya kompleksinin yardılmasında səhmdarların dairəsini müəyyənləşdirəcək

Energetika Materials 13 Fevral 2007 16:18 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının məsləhətçi-şirkəti Allied Investment Company Azərbaycanda yeni neft-kimya kompleksi layihəsinin təqdimatının ikinci mərhələsini həyata keçiricək. Bu proses çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" SC-nin (AİŞ) nəzarət şurasının təqdimatı keçiriləcək. Bu barədə Trend ə əsasən AİŞ-nin icraçı direktoru Anar Axundov məlumat verib.

İlk mərhələdə şirkət bu istehsalatın Azərbaycanda effektliyinin qiymətləndirilməsini həyata keçirib. Belə ki, bu sahə olduqca kapital tutumludur. "İkinci mərhələ məhsulun nomenklaturasnın xüsusiləşdiriləməsini, bu məhsulun istehsalı üçün istifadə olunacaq texnoloji proseslər, səhmdarlar və satıcılar dairəsinin müəyyən edilməsini nəzərdə tutur", deyə A. Axundov qeyd edib. Onun sözlərinə görə, həmçinin səhmdarların dairəsini dəqiqləşdirərək məhdudlaşdırmaq və danışıqlara başlamaq nəzərdə tutulub. Yeni kompleksin yaradılması zonası strateji səhmdarların müəyyən edilməsindən sonra müəyyənləşəcək.

Azərbaycanda yeni neft-kimya kompleksinin yaradılması layihəsinin ilkin dəyəri 500 milyon dollar qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti