...

"Azəriqaz"ın sədri: "Bu gün planlarımızda qazın qiymətlərinin qaldırılması yoxdu"

Energetika Materials 2 Mart 2007 14:34 (UTC +04:00)
"Azəriqaz"ın sədri: "Bu gün planlarımızda qazın qiymətlərinin qaldırılması yoxdu"

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova/ Azəriqaz QSC yaxın zamanlarda qazın qtymətinin qalxacağı barədə yayılan şayiələri təkzib edir. Azəriqaz QSC-nin sədri Əlixan Məlikovun cümə günü jurnalistlərə verdiyi müsahibəsinə görə qazın qiyməti yalnız o halda qalxa bilər ki, səhmdar cəmiyyət Tarif Şurasına bu barədə təkliflər paketi təqdim etsin.

"Bu günkü günə QSC-nin belə bir planı yoxdur",-deyə idarə rəhbəri bildirib.

Qeyd edək ki, 2007-ci ilin yanvar ayında Tarif Şurası enerjidaşıyıcılarının, kommunal və digər xidmətlərin qiymətinin qaldırılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti