...

Salyan Oil yanvar-fevral aylarında Azərbaycan yatağında 50 min tondan çox neft hasil edib

Energetika Materials 13 Mart 2007 13:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Fevral ayında Salyan Oil əməliyyat şirkəti tərəfindən neft hasilatı 24278 ton təşkil edib, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 3,5 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. ADNŞ-dən qeyd olunub ki, ümumilikdə 2007-ci ilin əvvəlindən 51141 ton neft hasil olunub.

Əvvəl "Kürsəngi-Qarabağlı" onşor yatağında işləyən əməliyyat şirkəti quyunun qazılmasını başa çatdırıb. Hazırda şirkət müqavilə meydanında daha bir quyunun qazılmasını davam etdirir. Salyan Oil quyunun qazılmasını mart ayının ortalarında başa çatdıracaq. Quyunun layihədə nəzərdə tutulduğu dərinliyi 3500 metr təşkil edir. Hazırda quyunun təqribən 2/3 hissəsi qazılıb.

Keçən ilin dekabr ayında Salyan Oil şirkətinin büdcəsindən işlərin həyata keçirilməsi üçün 2007-ci ildə 43 milyon dollar səviyyəsində vəsait qoyulub. Ümumilikdə 2007-ci ildə 5 quyunun qazılması nəzərdə tutulub. Quyuların hamısı istifadə olunmaq üçün nəzərdə tutulur. Onların layihə dərinliyi 3500 metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti